Damagirməz

Damagirməz – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Abovyan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. Ellər (Abovyan) yaşayış məntəqəsindən 12-14 km cənub-şərqdə yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 254 nəfər, 1886-cı ildə 353 nəfər, 1897-ci ildə 380 nəfər, 1904-cü ildə 387 nəfər, 1914-cü ildə 474 nəfər, 1916-cı ildə 549 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Azərbaycan dilində “ev, dəyə, qazma” mənasında işlənən “dam” sözü ilə “girməz” sözlərinin birləşməsindən əmələ gəlmişdir.