Daharlı

Daharlı – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasının, keçmiş Düzkənd (Axuryan) rayonunun, hazırkı Şirak vilayətinin ərazisində yaylaq. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Toponim qaraqoyunlu türk tayfasından olan “duharlı” etnonimi əsasında formalaşmışdır.