Dəyirmançay

Dəyirmançay – keçmiş Qars vilayətinin Qars qəzasında, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, indi Şirak vilayəti ərazisində çay. Arpaçay (Axuryan) çayının sol qolu. Uzunluğu 10 km-dir. Dəyirmanın işlədilməsində istifadə edildiyi üçün Dəyirmançay adlandırılmışdır.