Dəvəxaraba

Dəvəxaraba – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd.

Kənddə 1873-cü ildə 161 nəfər, 1886-cı ildə 305 nəfər, 1897-ci ildə 356 nəfər, 1914-cü ildə 475 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulduqdan sonra kənddə kürdlər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kürdlərlə yanaşı, 1931-ci ildə 4 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1967-ci ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “dağ aşırımı, hündür dağ keçidi”, “təpə”, mənasında işlənən “dəvə” sözü ilə, “dağıdılmış” mənasında işlənən “xaraba” sözünün birləşməsindən əmələ gəlmişdir.