Dəvəgözü

Dəvəgözü – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayəti ərazisində çay. Vilayətin ərazisindəki Milli dərədən axır.

Hidronim türk dillərində “dağ aşırımı, hündür dağ keçidi” mənasında işlənən “dəvə” (dava/daba) sözü ilə Azərbaycan dilində “bulağın başladığı yer, suyun çıxdığı yer, qaynaq, mənbə” mənasında işlənən “göz” sözünün birləşməsindən əmələ gəlmişdir.