Dərəköy

Dərəköy – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 49 km məsafədə, dəniz səviyyəsindən 2150 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamışdır. Ermənilər kənddə 1840-cı illərdən sonra məskunlaşmışlar.

Toponim Azərbaycan dilində “iki dağ arasında dərin çuxur” mənasında işlənən “dərə” sözü ilə türk diləndə kənd mənasında işlənən “köy” sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Saraqyuğ” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°09′ şm. e., 43°53′ ş. u.