Dəlləkli

Dəlləkli – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 55 km cənub-şərqdə, dəniz səviyyəsindən 2100 m hündürlükdə yerləşir.

Kənddə 1873-cü ildə 201 nəfər, 1886-cı ildə 317 nəfər, 1897-ci ildə 374 nəfər, 1904-cü ildə 396 nəfər, 1914-cü ildə 445 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanlar öz yurdlarına qayıda bilmişlər. Burada ermənilərdən başqa 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 33 nəfər, 1931-ci ildə 40 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarından sonra 1948–1950-ci illərdə azərbaycanlılar zorla tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüşdürlər.

Toponim mərzili tayfasının bir qolunu təşkil edən dəlləkli nəsil adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 21 iyun 1948-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Zovaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°18′ şm. e., 44°44′ ş. u.