Dəvəyatağı

Dəvəyatağı – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasının, sonralar keçmiş Hamamlı (Spitak) rayonunun, hazırkı Lori vilayətinin ərazisində yaylaq. Qızılörən (Şenavan) kəndinin ərazisində yerləşir.

Toponim “dəvə” heyvan adı ilə Azərbaycan dilində “payızda, qışda heyvan salınan yer” mənasında işlənən “yataq” sözünün birləşməsindən əmələ gəlmişdir.