Dəvəqılıcı – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunda, hazırda isə Lori vilayəti ərazisində dağ. Cücəkənd (Cunaşoğ) kəndinin ərazisində yerləşir.
Toponim “dağ aşırımı, hündür dağ keçidi” mənasında işlənən “dəvə” (dava/daba) sözü ilə “dik, yoxuşun başı” mənasında işlənən “qılıc” sözünün birləşməsindən əmələ gəlmişdir.