Dəvədaşı

Dəvədaşı – keçmiş Tiflis quberniyasının Lori-Pəmbək qəzasının, sonralar keçmiş Böyük Qarakilsə (Kirovakan, Quqark) rayonunun, hazırkı Lori vilayətinin ərazisində yaylaq. Hallavar kəndinin ərazisində yerləşir.

Toponim “dağ aşırımı, hündür dağ keçidi” mənasında işlənən “dəvə” sözü ilə Azərbaycan dilində “dağ”, “qaya” mənasında işlənən “daş” sözü əsasında formalaşmışdır.