Dərməzur – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş qışlaq. Gığı çayının yuxarı axarının sol sahilində, Dərməzur çayının sahilində yerləşirdi.
1926-cı ildə qışlaqda 44 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə ləğv edilmişdir.