Dərələyəz

Dərələyəz – hazırkı Ermənistan ilə Naxçıvan Muxtar Respublikası sərhədi boyu qərbdən və şimal-qərbdən şərq istiqamətində uzanan, uzunluğu 70 km olan dağ silsiləsi. Arpaçay ilə Naxçıvançay arasında yerləşir. Bu silsilə Gəlinqaya (2800 m) dağının qərb hissəsindən başlayır və Biçənək aşırımına qədər uzanaraq Zəngəzur silsiləsi ilə birləşir. Ən hündür zirvəsi hündürlüyü 3120 m olan Küküdağ (hazırda “Qoqi” adlanır) zirvəsidir. Dağ silsiləsi hazırda “Hayotsdzor” adlanır.