Dərəkom – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində qışlaq. Toxluca (Draxtik) kəndinin ərazisində, Göyçə gölünün sahilində yerləşir.
Toponim Azərbaycan dilində “iki dağ arasında dərin çuxur” mənasında işlənən “dərə” sözü ilə “qoyun saxlanılan yer” mənasında işlənən “kom” sözünün birləşməsindən əmələ gəlmişdir.