Dəliktəpə

Dəliktəpə – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayəti ərazisində dağ. Novlar kəndinin yanında yerləşir.

Toponim Azərbaycan dilində “mağara”, “dərin, dar çuxur” mənasında işlənən “dəlik” sözü ilə “kiçik dağ” mənasında işlənən “təpə” sözünün birləşməsindən əmələ gəlmişdir.