Dəlikdaş

Dəlikdaş – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunun, hazırkı Lori vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu ildə ləğv edilmişdir.

Toponim Azərbaycan dilində “dərin, dar çuxur”, “mağara” mənasında işlənən “dəlik” sözü ilə “qaya, dağ” mənasında işlənən “daş” sözünün birləşməsindən əmələ gəlmişdir.