Dəlikdaş

Dəlikdaş – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində dağ. Dəlikdaş (Tsaxkar) kəndinin ərazisində yerləşir.

Toponim “dərin, dar çuxur”, “mağara” mənasında işlənən “dəlik” sözü ilə “dağ” mənasında işlənən “daş” sözü əsasında formalaşmışdır.