Çuxurtala

Çuxurtala – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu ildə ləğv edilmişdir.

Toponim türk dilində “çala, çökək, qobu, dayaz dərə” mənasında işlənən “çuxur” sözü ilə “meşədə ağacsız, açıq yer” mənasında işlənən “tala” sözünün birləşməsindən əmələ gəlmişdir.