Curasdan

Curasdan – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Dilican rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. Haqqıxlı (Hovk) kəndinin yaxınlığında yerləşmişdir.

Burada 1897-ci ildə 8 nəfər, 1926-cı ildə isə 50 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə ləğv edilmişdir.