Crvej

Crvej – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 48 km şimal-qərbdə, dəniz səviyyəsindən 1100 m hündürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Cevriş” formasında qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində kəndin qədim adının “Çivreş” olduğu göstərilir.

Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər bura 1828–1829-cu illərdə Türkiyənin Xoy və Səlmas vilayətlərindən köçürülüb yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı 1873-cü ildə 43 nəfər, 1886-cı ildə 31 nəfər, 1897-ci ildə 58 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdular. Hazırda burada ermənilər yaşayırlar.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°11′ şm. e., 44°35′ ş. u.