Comərdli

Comərdli – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 118 km şimal-qərbdə, dəniz səviyyəsindən 1975 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəriətsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 208 nəfər, 1886-cı ildə 244 nəfər, 1897-ci ildə 333 nəfər, 1908-ci ildə 410 nəfər, 1914-cü ildə isə 405 nəfər azərbaycanlı yaşamışdır. 1916–1918-ci illərdə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kənd sağ qalan azərbaycanlı sakinləri öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 87 nəfər, 1926-cı ildə 87 nəfər, 1931-ci ildə 149 nəfər, 1979-cu ildə 860 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kəndin azərbaycanlı əhalisi Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim kəndin əsasını qoyan Cəmərd şəxs adı əsasında əmələ gəlmişdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin dəyişdirilərək “Tanahat” qoyulmuşdur. Kənd “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°26′ şm. e., 45°58′ ş. u.