Coğtala

Coğtala – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Karvansara (İcevan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu illərdə ləğv edilmişdir.

Toponim qədim türk dilində su mənasında işlənən “cu” sözünün fonetik variantı olan “co” sözü ilə türk dilində “düzənlik, çöl, sahə”, “meşənin ortasında açıq yer”, “meşədə ağacsız, çılpaq yer” mənasında işlənən “tala” sözünün birləşməsindən əmələ gəlmişdir.