Çobanlı

Çobanlı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 15 km şimal-şərqdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

Kənddə 1831-ci ildə 16 nəfər, 1873-cü ildə 195 nəfər, 1886-cı ildə 96 nəfər, 1897-ci ildə 152 nəfər, 1904-cü ildə 130 nəfər, 1914-cü ildə 156 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk edənlər öz evlərinə qayıda bilmişdirlər. Burada 1926-cı ildə 42 nəfər, 1931-ci ildə 49 nəfər azərbaycanlı yaşamışdır. Kənd sonradan Qafan rayonunun Norşenik kəndinə birləşdirilmişdir. 1988-ci ildə kənddə 18 azərbaycanlı ailəsi yaşayırdı. 1988-ci il noyabr ayının axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya olunmuşlar.

Toponim oğuzların “çapanlu” (çobanlı) etnonimi əsasında əmələ gəlmişdir.

Yerləşdiyi koordinatlar: 39°16′ şm. e., 46°22′ ş. u.