Cızıxlar

Cızıxlar – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Aşosk yaşayış məntəqəsindən 15 km məsafə də yerləşir. Kitabi Dədə Qorqud dastanında adı çəkilir. 1937-ci ilə kimi keçmiş Ağbaba rayonun tərkibində olmuşdur.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir. 1828–1830-cu illərdə Türkiyənin Sebastiya bölgəsindən gələn ermənilər burada məskunlaşmışlar.

Toponim türk dilində “sərhəd”, “hüdud”, “mərz” mənasında işlənən “cızıq” sözündən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Tsoğamarq” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°56′ şm. e., 43°51′ ş. u.