Çivandərə

Çivandərə – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Çanaxçı kəndinin yaxınlığında, Bazhunnu dağının ətəyində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 113 nəfər, 1886-cı ildə 154 nəfər, 1897-ci ildə 157 nəfər, 1914-cü ildə 172, 1916-cı ildə 389 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim oğuzların “yiva//yıva” etnoniminin fonetik variantı olan “çiva” etnoniminə Azərbaycan dilində “dar və uzunsov əyri-üyrü çökək” mənasında işlənən “dərə” sözünün qoşulması yolu ilə əmələ gəlmişdir.