Çırpılı

Çırpılı – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ağin (Ani) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 32 km cənub-qərbdə, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində Çirpili kimi qeydə alınmışdır.

Toponim “quru budaq, kol qırıntısı” mənasında işlənən “çırpı” sözünə “-lı” şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 fevral 1947-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Crapi”, sonra “Nerkin Crapi” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°33′ şm. e., 43°40′ ş. u.