Çınqıllıq

Çınqıllıq – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayəti ərazisində dağ. Vilayətdəki Göykilsə (Kaputan) kəndindən şimalda yerləşir.

Toponim “dağda daş qırıntıları”, “xırda daş” mənasında işlənən “çınqıl” sözünə məkan mənası bildirən “-lıq” şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir.