Çınqıl

Çınqıl – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunda, hazırda isə Tavuş vilayəti ərazisində dağ. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Toponim “dağda olan daş qırıntıları”, “xırda daş” mənasında işlənən “çınqıl” sözü əsasında əmələ gəlmişdir.