Çinçin – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 48 km şimal-şərqdə, dəniz səviyyəsindən 1290 m hündürlükdə yerləşir.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir.
Toponim türk dilində “dik dağ yarğanı”, “əlçatmaz, sıldırım dağ” mənasında işlənən “çin” (←çın) sözü əsasında əmələ gəlmişdir.
“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°54′ şm. e., 45°21′ ş. u.