Cığınsu

Cığınsu – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayəti ərazisində çay. Cığın dərəsindən axdığı üçün çay Cığınsu adlandırılmışdır.

Hidronim cigin türk tayfasının adı ilə “su” (çay) sözünün birləşməsindən əmələ gəlmişdir.