Ciğindərəsi (Cığındərəsi) – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində dərə. Ciğin kəndi, eləcə də Qaraqoyunlu, Kolanlı, Bağçacıq, Camışbasan, Küsüz, Məngük, Göl, Dəhnəz, Qarabağlar, Çimən, Zəncirli, Ərmik, Haxıs, Heyranıs kəndləri bu dərədə yerləşir.
Toponim qaşqay türk tayfasının cigini tirəsi əsasında formalaşmışdır.