Cığın – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Cığın dərəsində, Ciğinsu çayının yaxınlığında yerləşirdi. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Ciqin”, 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə “Ceqin”, “Caqin” formalarında, Qafqazın beşverstlik xəritəsində “Ciğin Qaraqoyunlu” şəklində, Z.Qorqodyanın əsərində “Göl Ciğin” kimi qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 178 nəfər, 1873-cü ildə 160 nəfər,1886-cı ildə 210 nəfər, 1897-ci ildə 238 nəfər, 1904-cü ildə 559 nəfər, 1914-cü ildə 561 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar ata-baba yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 54 nəfər, 1926-cı ildə 92 nəfər, 1931-ci ildə 135 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Kənd 1950-ci ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim qaşqayların cigini tayfasının adı əsasında formalaşmışdır..