Cıbıllı

Cıbıllı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 67 km cənub-şərqdə yerləşirdi. Kəndin digər adı Cibikli olmuşdur.

Kənddə 1897-ci ildə 82 nəfər, 1904-cü ildə 80 nəfər, 1914-cü ildə 160 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 53 nəfər, 1931-ci ildə 77 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərin axırlarında kənd ləğv edilmiş, azərbaycanlı əhalisi isə başqa kəndlərə köçürülmüşdür. Hazırda xarabalıqdır.

Toponim cibikli tayfa adı əsasında yaranmışdır.