Çaxırlı

Çaxırlı – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasının, keçmiş Basarkeçər (Vardenis) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş yaylaq.

“Çaxırlı” (çakurlu) etnonimi əsasında düzəlmişdir. Çaxırlı tayfasının yaylaq yeri olduğu üçün Çaxırlı yaylası adlandırılmışdır.