Çatılı Düz

Çatılı Düz – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin vilayətinin ərazisində mövcud olmuş kənd. Oxdar kəndinin yaxınlığında yerləşirdi.

1897-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.

Toponim mənsubluq bildirən “-lı” şəkilçisi qəbul etmiş türk dilində “dağ çıxıntısı, yarğan” mənasında işlənən “çat” sözü ilə Azərbaycan dilində “enişi, yoxuşu olmayan, hamar relyef səthi” mənasında işlənən “düz” sözünün birləşməsindən əmələ gəlib “dağ çıxıntısı, yarğan yaxınlığındakı düzdə salınan kənd” mənasını ifadə edir.