Çataq – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayəti ərazisində yayla. Vilayətdəki Qursalı (Arcahovit) kəndinin ərazisində yerləşir.
Toponim türk dilində “iki dağın, təpənin birləşdiyi yer” mənasında işlənən “çataq” sözü əsasında əmələ gəlmişdir.