Çatalkaha – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayəti ərazisində dağ.
Toponim türk dilində “bir neçə qola ayrılmış”, “haçalanmış”, “ayrılmış”, “ikiyə bölünmüş” mənasında işlənən “çatal” sözü ilə “mağara” mənasında işlənən “kaha” sözünün birləşməsindən əmələ gəlmişdir.