Çatal-çınqıl – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş qışlaq. Çaykənd (Dprabak) kəndi ilə Dilican şəhəri arasında yerləşirdi.
1926-cı ildə 13 nəfər azərbaycanlı yaşamışdır. 1920-ci illərin sonunda ləğv edilmişdir.
Toponim türk dilində “ikiyə ayrılmış”, “ayrılmış”, “haçalanmış” mənasında işlənən “çatal” sözü ilə tikinti işlərində istifadə olunan daş qırıntısı, xırda daş, “daş mədəni” mənasında işlənən “çınqıl” sözünün birləşməsindən əmələ gəlmişdir.