Çapan – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayəti ərazisində çay. Köhnə Şahablı kəndinin ərazisindən axır.
Hidronim türk dilində “uçurum, sıldırım, yarğan, yamac, dağın döşü, dərin dağarası çökəklikdə təpə”, “çılpaq (bitkisiz) daşlıq və ya qumlu yamac” mənalarında işlənən “çap” sözünə “-an” şəkilçisinin birləşdirilməsi əsasında əmələ gəlmişdir.