Cantəpə – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Karvansara (İcevan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. İki hissədən ibarət olmuşdur. Polad Ayrım (Xaçardzap) kəndinin yaxınlığında yerləşmişdir. 1931-ci ildə keçmiş Dilican rayonunun inzibati-ərazi bölgüsünə daxil olmuşdur.
1926-cı ildə 1-ci Cantəpədə 4 nəfər, 2-ci Cantəpədə 24 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə ləğv edilmişdir.
Toponim türk dilində “yan”, “tərəf” mənasında işlənən “can” sözünə “kiçik dağ” mənasında işlənən “təpə” sözünün qoşulması yolu ilə əmələ gəlmişdir.