Camışbasan

Camışbasan – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Vedi (Ararat) şəhərindən 22 km şimal-şərqdə, Ciğinsu çayının yaxınlığında yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Burada 1828-ci ildə 51 nəfər, 1897-ci ildə 65 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.

Toponim qızılbaşların camış közəkli tayfasının adında əksini tapan “camış” etnoniminə “basan” feili sifətinin qoşulması yolu ilə əmələ gəlmişdir.