Çaldaş

Çaldaş – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunun, hazırkı Şirak vilayətinin ərazisində mövcud olmuş kənd. Təpəköy (Berdaşen) kəndinin sol tərəfində yerləşirdi. Kənd XIX əsrin sonlarında xarabalığa çevrilmişdir.

Toponim Azərbaycan dilində “bitkisi az olan və ya heç olmayan, boz” mənasında, “təpə, daşlıq yer” mənasında işlənən “çal” sözü ilə “qaya, dağ” mənasında işlənən “daş” sözünün birləşməsindən əmələ gəlmişdir.