Calakənd

Calakənd – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Barana (Noyemberyan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 31 km şimal-qərbdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir.

Toponim Azərbaycan dilinin qərb qrupu dialektlərində “çay ətrafında kiçik ağaclıq, qalın meşə”, “kiçik meşə” mənasında işlənən “cala” sözünə “yaşayış məntəqəsi” mənasında işlənən “kənd” sözünün qoşulması əsasında əmələ gəlmişdir. “Çala” sözü dialektlərdə həm də “daimi sulu otlu yer” mənasını bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Kəndin adı dəyişdirilərək “Liçkazor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°10′ şm. e., 44°55′ ş. u.