Çal – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində dağ. Vilayətin Toxluca (Draxtik) kəndinin şərqində yerləşir.
Toponim türk dilində “təpə, daşlıq yer”, “kiçik dağ, təpə” mənasında işlənən “çal” sözü əsasında formalaşmışdır.