Çəpərqırılan

Çəpərqırılan – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Dilican rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. Polad Ayrım (Xaçardzap) kəndinin yaxınlığında yerləşmişdir.

1926-cı ildə burada 9 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə ləğv edilmişdir.