Cəngitəpə – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Alagöz (Araqats) rayonunda, hazırda isə Araqatsotn vilayəti ərazisində dağ. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Toponim türk dilində “meşə örtüyü olmayan dağ” mənasında işlənən “cəngi” sözü əsasında əmələ gəlmişdir.