Çəməndağı

Çəməndağı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində dağ.

Toponim Azərbaycan dilində “yaşıllıq, otluq” mənasında işlənən “çəmən” sözü ilə “qayadan, daşdan ibarət hündür bir yer” mənasında işlənən “dağ” sözünün birləşməsindən yaranmışdır.