Burma

Burma – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Barana (Noyemberyan) rayonunda, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş kənd. Barana (Noyemberyan) yaşayış məntəqəsindən 10-12 km cənub-qərbdə, Tona (Debed) çayının sol sahilində yerləşirdi.

Burada tarixən yalnız azərbaycanlılar məskunlaşmışlar. Kənddə 1922-ci ildə 59 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.