Burçulu

Burçulu – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qacaran kəndindən 2-3 km cənub-qərbdə yerləşmişdir. Hazırda xarabalıqdır.

Toponim qıpçaq mənşəli “burçoğlu” etnoniminin fonetik variantı olan “burçulu” etnonimi əsasında formalaşmışdır.