Bülbülölən

Bülbülölən – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonu, hazırda isə Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Ortakənddən 3-4 km qərbdə, Həsənkəndlə Qoytul kəndləri arasında, Təkədonduran dağının yaxınlığında yerləşirdi. Kəndin digər adları “Bülbüloğlu” və “Kaha” olmuşdur.

Kənddə 1831-ci ildə 67 nəfər, 1873-cü ildə 163 nəfər, 1886-cı ildə 205 nəfər, 1897-ci ildə 252 nəfər, 1904-cü ildə 398 nəfər, 1914-cü ildə 437 nəfər, 1916-cı ildə 223 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənd əhalisindən sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 53 nəfər azərbaycanlı yaşamışdır. Onlar yenidən 1923–1925-ci illərdə qovularaq kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.