Buğutlu

Buğutlu – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayəti ərazisində dağ. Dağın adı dəyişdirilərək “Arteni” qoyulmuşdur.

Toponim türk dilində “dağ maralı” mənasında işlənən “buğut” sözü əsasında formalaşmışdır.